İqtisadi böhranla mübarizə aparan Yunanıstanda banka olan kredit borcunu ödəyə bilməyən bir iş adamı özünü yandırıb.
SİA-nın \"cnntürk\"ə istinadən verdiyi xəbərə görə, iqtisadi böhranın daha da dərinləşəcəyi haqda xəbərlər yayılan Yunanıstanda insanlar çarəsizlikdən intihar yolunu seçir.
55 yaşındakı iş adamı kredit aldığı bankın Selanikdəki bir şöbəsinə gedib və borclarını qaytarmaq üçün müddətin yenidən uzadılmasını xahiş edib.
Rədd cavabı alan iş adamı bankın qarşısında üzərinə benzin töküb və özünü yandırıb. Polisin müdaxiləsi nəticəsində iş adamının həyatını xilas etmək mümkün olub.
Bu arada Polşada bir araya gələn Avro Bölgəsinin maliyyə nazirləri Yunanıstana 8 milyard avroluq kredit verilməsi məsələsinin müzakirəsini növbəti aya qədər təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB