Dünən paytaxtda yol qəzaları 2 can alıb

Dünən paytaxtda yol qəzaları 2 can alıb

Sentyabrın 16-sı saat 20:20 radələrində A.Salmanzadə küçəsində Bakı şəhər sakini Eldar İsgəndərov idarə etdiyi "Hyundai-Sonata" markalı avtomobillə Dilşad Ağarzayevanı və qızı Səadəti vurub. Bakı şəhər Baş Pois İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə D.Ağarzayeva ölüb, S.Ağarzayeva isə xəstəxanaya yerləşdirilib.

Digər bir qəza hadisəsi isə həmin gün saat 21:30 radələrində Bakı - Aeroport yolunda baş verib. Bakı şəhər sakini Zahir Fərəcov idarə etdiyi "Mercedes" markalı avtomobillə Elnur Cahangirovu vurub, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə