Təfəkkür Unversitetinin prorektorununun meyidi tapıldı

Təfəkkür Unversitetinin prorektorununun meyidi tapıldı

Bakının Yasamal rayonu ərazisində Təfəkkür Unversitetinin elmi işlər üzrə prorektoru Tariyel Əhmədovun meyidi tapılıb. Yasamal Polis idarəsindən verilən məlumata ğörə, meyit bu gün səhər Şərifzadə küçəsi, 8 saylı evin qarşısında aşkarlanıb. Onun ölümünün səbəbi hələ ki məlum deyil.


Verilən məlumata görə, prorektor hər səhər idmanla məşğul olurmuş. Güman edilir ki, mərhum idmanla məşğul olan zaman yıxılıb və keçinib.

Bütün xəbərlər Facebook səhifəmizdə