Təyyarə qəzasında üç general öldü

Təyyarə qəzasında üç general öldü

Afrikanın cənub-qərbində yerləşən Anqola Respublikasında aviaqəza baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, içərisində 36 nəfərin olduğu hərbi təyyarə havaya qalxdıqdan dərhal sonra yerə çırpılıb. Nəticədə, 30 nəfər ölüb. Digər 6 nəfər isə sağ qalıb.

Ölənlər arasında Anqola Respublikasının üç generalı və üç polkovnikinin olduğu qeyd olunur. Təyyarənin markası və qəzanın başvermə səbəbi haqqında məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə