Hindistanda bir gündə 51 nəfər ölüb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, öncə Hindistanın Tamilnad ştatında nəqliyyat qəzası baş verib. Hadisə Çennay şəhərindən 80 km aralıda 2 sərnişin qatarının toqquşması nəticəsində baş verib. Qəzada 7 nəfər ölüb, daha 80 nəfər xəsarət alıb.
Anoloji hadisə Hindistanın şimalında, Jammu və Kəşmir ştatında baş verib. Belə ki, sərnişin avtobusu qəzaya uğrayıb. İçərisində 44 nəfərin olduğu avtobus Srinaqar-Jammu avtomobil yolunun dağlıq ərazidən keçən hissəsində dərəyə yuvarlanıb. Nəticədə, 24 nəfər ölüb, xeyli sayda insan xəsarət alıb. İlkin ehtimala görə, qəzaya avtobusun həddindən artıq yüklənməsi səbəb olub.
Hindistan ərazisində müşahidə edilən yağışlı hava şəraiti növbəti dəfə subasmaya səbəb olub. Nəticədə, son həftə ərzində təxminən 20 nəfər ölüb. Təkcə Orissa ştatında 2 milyon insan subasmadan zərər çəkib. Bildirilir ki, 3500 kənd su altında qalıb, 24500 yaşayış evi yararsız hala düşüb. Hazırda həmin ərazilərdə müvafiq işlər görülür. Sinoptiklər Hindistanın şərqində yağışların tədricən azalacağını proqnozlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB