Pakistanda güclü sel nəticəsində ölənlərin sayı min nəfəri keçib
Pakistan artıq bir neçə gündür ki, növbəti təbii fəlakətlə üz-üzə gəlib. SİA "Pakistan Observer" agentliyinin verdiyi ən son məlumatlara istinad edərək bildirir ki, artıq ölən insanların sayı min nəfəri keçib. Bu məlumatı BMT-nin Pakistanda yerləşən Uşaq Hüquqları Təşkilatı (SPARC ) da təsdiqləyir.
Təşkilatın rəsmisi Kəşif Bəcir öz açıqlamasında deyib ki, hazırda xilasetmə əməliyyatlarında xilasedici çatışmazlığı mövcuddur. O, həmçinin bildirib ki, Kəraçi və Heydərabad şəhərlərindən qaçan insanlar üçün əlavə çadır düşərgələrinin salınmalıdır. onun sözlərinə görə, xilasedicilərə lazım olan bir çox avadanlıqlar yoxdur və bunun da nəticəsində insan itkisinin artmayacağına heç kim zəmanət verə bilməz.
Rəsmi məlumatlara görə, sentyabrın 13-də təbii fəlakət nəticəsində Sind şəhərində 226 nəfər insan həlak olub ki, onlardan da 34 nəfəri uşaqdır. Ümumilikdə isə güclü sel nəticəsində 5,3 nəfər insan zərər çəkib, milyondan artıq ev və iş yerləri dağılıb.
2010-cu ilin yayında baş vermiş təbii fəlakətlər nəticəsində 10 milyon pakistanlı evsiz qalıb. Həmin zamanlar iki min əhalinin həlak olduğu məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB