Samuxda iki azyaşlı uşaq yanaraq həlak oldu - FOTO

Samuxda iki azyaşlı uşaq yanaraq həlak oldu - FOTO

Samux rayonunda dəhşətli faciə baş verib. Həbilovlar ailəsinin iki övladı yanaraq dünyasını dəyişib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün sabah saatlarında Samux rayonunun Kolayır kəndində Elşad Həbilova məxsus mənzildə qeydə alınıb. 5 otaqlı mənzildə yanğın baş verib. Həmin vaxt evdə olan Qələndər Həbilov və onun qardaşı Rza Həbilov yanaraq külə dönüb.

Dünyasını dəyişən uşaqların birinin 3, digərinin isə 2 yaşı olub. Hadisə yerinə Samux rayonu ilə yanaşı Gəncə şəhər və Respublika Baş prokurorluğunun əməkdaşları gəlib. İncələmələr aparılıb, hadisənin dəqiq səbəbləri araşdırılır. Lakin hüquq-mühafizə orqanı əməkdaşları hadisənin dəqiq səbələri barədə məlumat verməyiblər.

İlkin ehtimal kimi yanğın soyuducuda yaranan qısa qapanma nəticəsində baş verib və mənzilin damında olan saman yığını alovun böyüməsinə səbəb olub.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə