Xuliqanlıq və dələduzluq maddəsi ilə axtarışda olan şəxslər saxlanılıb

Xuliqanlıq və dələduzluq maddəsi ilə axtarışda olan şəxslər saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsinin NMİ-in əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Salmanov sentyabrın 10-da yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin CAŞ və 31-ci Polis Bölmənin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elimxan Kazımov sentyabrın 10-da həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə