İslamçılar Nigeriyada pivə barını partladıblar

İslamçılar Nigeriyada pivə barını partladıblar
Sentyabrın 11-də gecə saatlarında Nigeriyanın Cos şəhərində iki partlayış səsi eşidilib. SİA bu məlumatı "Associated Press" agentliyinə istinadən xəbər verir. Hələlik partlayışdan neçə nəfərin xəsarət alması barədə heç bir məlumat yoxdur. Lakin "Agence France-Presse" agentliyi isə xəbər verir ki, ən azı bir nəfər yaralanıb.
Partlayışlar açıq havada fəaliyyət göstərən pivə barında gerçəkləşdirilib. Yerli məmurlar iddia edirlər ki, terror aktını islamçı hərəkat olan "Boko Haram" qruplaşması törədə bilər. O da bildirilir ki, partlayış baş verən ərazidə bir çox pivə barları, bordellər, restoranlar yerləşir. Cos şəhəri isə Nigeriyanın Plato şəhərində yerləşir. Həmin ərazi isə müsəlman şimalı ilə xristian cənubu arasında episentr rolunu oynayır.
Xatırladaq ki, "Boko Haram" terror qruplaşması Nigeriya ərazisində islamlaşma uğrunda mübarizə aparır. Bildirilir ki, bu ilin avqustunda BMT-nin Nigeriyadakı ofisində törədilən partlayışı da sözügedən qruplaşma öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə