Mənzilləri qarət edən dəstə zərərsizləşdirilib

Mənzilləri qarət edən dəstə zərərsizləşdirilib

İyulun 27-də Bakı şəhər sakini Famil Verdiyevə məxsus G.Əliyev küçəsində yerləşən mağazadan dəmir barmaqlıqları sındırma yolu ilə 150 manat, ərzaq malları, iyulun 28-də isə həmin küçədə yaşayan Cəlal Məmmədova məxsus mağazadan qapını sındırma yolu ilə 160 manat, mobil telefon, tütün məmulatları və spirtli içkilər oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Səbail Rayon Polis İdarəsinin CAŞ və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, Əhməd Bağırov, Orxan Abdullayev və Salyan rayon sakini Mənsur Musayev sentyabrın 9-da yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə