ABŞ-da Li qasırğası fəsadlar törətməkdə davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aramsız yağışların səbəb olduğu daşqınlar nəqliyyatın hərəkətini iflic vəziyyətə salıb. Dəmir yolu sistemində qatarların hərəkəti dayandırılıb. Suskexanna çayında suyun səviyyəsi kəskin artıb. Bu səbəbdən 100 min insan təbii fəlakət bölgəsindən evakuasiya olunub.
Pensilvaniyanın Payn-Qruv rayonu ətraf aləmdən təcrid olunub. Amerikanın Kaliforniya ştatının San-Diyeqo şəhəri isə işıqsız qalıb. Buna havaların isti keçməsi ilə bağlı şəhər elektrik stansiyasının 2 reaktorun sıradan çıxmasının səbəb olduğu bildirilir. İctimai nəqliyyat işləmir, yollarında xaos hökm sürür. San-Diyeqonun hava limanına generatorların hesabına işıq verilir. Qonşu Arizonada da analoji vəziyyət yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB