89 saylı marşrutdakı qəzada ölən və yaralananlar var

89 saylı marşrutdakı qəzada ölən və yaralananlar var
Bu gün Bakının Sabunçu rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Əzizbəyov rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə zamanı metronun Əzizbəyov istiqamətindən hava limanına doğru hərəkət edən 89 saylı marşrut avtobusu \"Qazel\" markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində ölən və yaralananlar var. Üç nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Daha ciddi yaralananlar 35 yaşlı Ruhiyyə Rəbiyeva, 48 yaşlı Asif Əsgərov, 30 yaş Əhəd Kazımov, 16 yaşlı Ülkər Xəlilova isə xəstəxanaya yerləşdirilib.

Hadisədə iki nəfər dünyasını dəyişib. Hazırda onların şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində tədbirlər görülür.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB