Bərdə şəhərinin Bakı kücəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bərdədə bir ailənin yeddi üzvü qəzaya düşüb, bir nəfər ölüb, 5 nəfər yaralanıb. Ailənin yeddi üzvü hadisə nəticəsində müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan biri - Əliyeva Balış Hüsü qızı xəstəxanada keçinib. Yaralılar isə Ağdam rayonu Cəahirli kənd sakinləri Əliyev Abış Hüseynqulu oğlu, Əliyev İsmayıl Rövşən oğlu və qardaşı Rəşad Əliyev, Əliyeva Pəri Camal qızıdır. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.
Şahidlərin sözlərinə görə, Əliyevlər ailəsinin olduğu VAZ-2106 markalı "Jiquli" dayandığı vaxt "Nissan" markalı minik maşını sürətlə ona çırpılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB