Hacıqabulda ağır yol nəqliyyat hadisəsi baş verib

Hacıqabulda ağır yol nəqliyyat hadisəsi baş verib

Hacıqabulda ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Bakı Qazax yolunun 141-ci kilometrliyində Hacıqabulun Qarasu kəndi ərazisində Gəncə istiqamətə hərəkət edən Ford markalı 10 SM 415 nömrəli mikro avtobusa arxadan Ekarus avtobus vuraraq idarə etməni itirib və aşıb. Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib və 8 nəfər yaralanıb. Hadisənin baş verməsinə səbəb olan Ekarus isə ərazidən qaçıb. Hacıqabul rayon mərkəzi xəstəxanasının baş həkimi Beydulla Qarayev verdiyi məlumatda yaralıların adlarını açıqlayıb.

Ölənlər Zamanov Niyaməddin Tofiq oğlu (1980-cı il, Kəngərli) və Ağamalıyev Elman Süleyman oğludur (1972-ci il Cəmilli).


Yaralılar Tərtər rayon sakinləri:

1. Məmmədova Dilşad Əmirxan qızı 1974-ci il Tərtər Qaradağlı kəndi,

2. Zamanov İmaməddin Niyaməddin oğlu 2007-ci il Tərtər Kəngərli,

3. Nəbiyev İsmayıl Raqif oğlu 1979-cu il Tərtər Qaradağlı,

4. Əlizadə Aygün Fazil qızı 1992-ci il Tərtər Qaradağlı,

5. Ağamalıyeva Nəsibə Mail qızı 1974-ci il Tərtər Cəmilli,

6. Ağamalızadə Nisə Elman qızı 2005-ci il Tərtər Cəmilli,

7. Abbasov Elyar Mehman oğlu 1988-ci il Tərtər Kəngərli,

8. Həsənova Kəmalə Mail qızı 1984-ci il Tərtər Kəngərli.

Yaralılara ilkin tibbi yardım göstərilib və cərrahiyyə şöbəsinə yerləşdirilib. Aldığımız son məlumata görə, artıq Ekarus avtobus saxlanılıb.


İqbal Mikayılov


Bütün xəbərlər Facebook səhifəmizdə