Paytaxtda ana və 1 yaşlı qız yandı

Paytaxtda ana və 1 yaşlı qız yandı

Bakının Binəqədi rayonunda iki nəfərin yanması ilə nəticələnən yanğın hadisəsi olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanğın hadisəsi sentyabrın 3-də saat 23:30 radələrində Hökməli qəsəbə sakini Sərxan Məmmədova məxsus evdə meydana gəlib.

Propan qazının sızmasından baş verən yanğında evin yanar konstruksiyaları tam yanıb. S.Məmmədovun arvadı Minəvvər və 1 yaşlı qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir

Bütün xəbərlər Facebook səhifəmizdə