“Körpü”də baş verən yanğının qarşısı alındı

“Körpü”də baş verən yanğının qarşısı alındı
Bu gün Bakı şəhərinin böyük ticarət mərkəzlərindən olan, Nizami rayonu ərazisində, Qara Qarayev prospektində yerləşən \"Körpü\" ticarət mərkəzində yanğın meydana gəlib. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər ticarət mərkəzində baş verən yanğının qarşısını alıblar. Yanğın zamanı ticarət mərkəzinin dükanlarından biri tamamilə sıradan çıxıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır.





Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB