Sentyabrın 2-si saat 23:40 radələrində Çiçək qəsəbəsi yeni tikilidə yaşayan Niyaməddin Sailov evinin yaxınlığında aldığı bıçaq xəsarətləri ilə Klinik Tibbi Mərkəzə gətirilmiş və orada dünyasını dəyişib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin CAŞ və 40-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən Çiçək qəsəbə sakini Pirqələm Məmmədov sentyabrın 3-də yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB