Sentyabrın 2-nə keçən gecə Pirallahı qəsəbə sakinləri Üzeyir İbrahimovun evinə çəkilmiş 110 metr, Elşad Əliyevin evinə çəkilmiş 120 metr və "Azneft" İB "Abşeronneft" NQÇİ-yə məxsus buruqlar arasından 900 metr mis naqil oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Vahid Babayev, Azad Hüseynov, əvvəllər məhkum olunmuşlar Emin İsmayılov və Adil Rzayev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB