“Qanuni oğru” Rövşən Lənkəranskinin yaxın dostu Mamuka Mikeladze həbs olunub
Nüfuzlu "qanuni oğru" Rövşən Canıyevin ("Rövşən Lənkəranski") yaxın dostu Mamuka Mikeladze həbs olunub. SİA-nın "RBK" yə istinadən verdiyi xəbərə görə, onun üzərində 4.8 qrma narkotik vasitə olan heroin aşkar olunub.
Hüquq mühafizə orqanlarından verilən məlumata əsasən Mamuka Mikeladze 31 avqust tarixində Rusiyanın paytaxtı Moskva şəhərinin Odinçovskiy vilayətində yerləşən "Yerşovo" istirahət mərkəzində dincələrkən həbs olunub.
Onun barəsində cinayət məcəlləsinin 228-ci maddəsinin 2 bəndi üzrə( qanunsuz olaraq narkotik maddə daşıma və istifadə etmə) cinayət işi qaldırılıb.
Eyni zamanda "qanuni oğru"nun adını postsovet məkanının ən nüfuzlu kriminal lideri hesab edilən "Ded Xasan" ləqəbli Aslan Usoyana qarşı sui-qəsdlə də hallandırlırdı. Belə ki, azərbaycanlı kriminal qruplaşmaların nüfuzlu liderlərinin öldürülməsindən sonra R.Canıyev "Ded Xasan"ın qruplaşmasına daxil olub və lider kimi onu dəstəkləyib. Onun köməyi ilə əsas rəqiblərini neytrallaşdırıb. Baxış Əliyev və "Vaqif Lənkəranski" adlı iki azərbaycanlı kriminal avtoritetin həbs edilməsini də hüquq-mühafizə orqanlarındakı adamları vasitəsilə "Rövşən Lənkəranski" təşkil edib. Bu işdə ona Moskva milisinin Vyatkin familiyalı hansısa əməkdaşının kömək etdiyi bildirilir.
"Ded Xasan"ın icazəsi olmadan Rövşənin təşəbbüsü ilə Mikeladze qardaşları "sxodka" elan ediblər və ora həbsdən çıxan Vaqifi çağırıblar. Bu "sxodka"da gənc R.Canıyev yaşlı "vor" Vaqifi vurub. İddiaya görə, o hətta Vaqifə ayaqla da zərbə endirib, baxmayaraq ki, oğru qanunlarına görə buna ixtiyarı yox idi. "Ded Xasan" bu hadisədən xəbər tutaraq bərk qəzəblənib və Rövşəni sərt şəkildə cəzalandırmağı qərara alıb. Rövşən isə "Ded Xasan"ın onu cəzalandıracağından qorxaraq Ukraynaya qaçıb, orada saxlanılıb və Azərbaycana ekstradisiya edilib. Lakin Azərbaycanda az müddət həbsdə qaldıqdan sonra azadlığa çıxa bilib. Daha sonra o, gürcü müttəfiqləri ilə "Ded Xasan"a sui-qəsd təşkil edib. Bildirilir ki, sui-qəsddən əvvəl "Rövşən Lənkəranski" hadisədə əli olmadığını göstərmək üçün Kiyevə gedib və növbəti dəfə Ukrayna hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb
Daha sonra sentyabrın 6-da Moskvada məruz qaldığı sui-qəsd nəticəsində yaralanan və bir neçə gün sonra xəstəxanadan evə buraxılan "Ded Hasan" ləqəbli Aslan Usoyan ona qarşı sui-qəsdi azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) təşkil etdiyini açıqlayıb.
Usoyan hesab edir ki, Canıyev killer qismində hansısa radikal islamçı qruplaşmanın üzvləri ilə razılaşıb. İki tərəf arasındakı münaqişənin səbəbi kimi Rövşənin "Ded"in təsir sferalarına müdaxiləsi göstərilir. Usoyan Canıyevi Moskvadan qovmaq istəsə də, gürcü avtoritetlər Cemo və Mamuka Mikeladze azərbaycanlı həmkarlarına dəstək veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB