Şirvanda bıçaqlanma hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi Şaiq Məmmədov bildirib ki, 28 avqust 2011-ci il tarixdə şəhərin Leytenant İbrahimov küçəsində 21 saylı orta məktəbin qarşısında Hacıqabul rayon sakini, 1992-ci il təvəllüdlü Qulizadə Fərid Surxay oğlunu Şirvan sakini 1993-cü il təvəllüdlü Qafarov Əlizadə Rövşən oğlu bıçaqla sağ bud nahiyyəsindən vuraraq qaçıb.
Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Qafarov Əlizadə həmin gün hadisədən 2 saat sonra yaxalanaraq istintaqa təhvil verilib. Həmin şəxs barəsində ARCM-nin 221.3 maddəsi ilə cinayət işi başlanıb. Barəsində Şirvan şəhər məhkəməsi tərəfindən 2 aylıq həbs qəti imkan tədbiri seçilib. 17 yaşlı ciayət törədən Əlizadə Qafarov hadisəni 18 yaşlı Fərid Surxay oğlunun onu söyməsi səbəbindən bildirib və peşman olduğunuda gizlətməyib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB