Hacıqabul sakininin həyətində çətənə kolu aşkarlanıb- FOTO

Hacıqabul sakininin həyətində çətənə kolu aşkarlanıb- FOTO

Hacıqabulda polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində "Xaş-Xaş 2011" tədbirlər planına uyğun olaraq 15 ədəd yaş halda çətənə kolları aşkar edib. SİA-nın Aran bürosuna məlumat verən Hacıqabul Polis Şöbəsinin rəis müavini Ramiz Aydayev bildirib ki, rayonun Xəqani küçəsi ev 48-də yaşayan 1950-ci il təvəllüdlü Zülfəliyev Vahid Qulam oğlunun yaşadığı ünvanda həyətyanı sahəsindən qanunsuz olaraq 15 ədəd çətənə kolu və yatağının altından 30.5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə