İndoneziyada bərə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Sulavesi adası yaxınlığında batan bərədə 100 nəfər olub. Qəza nəticəsində onlardan 10-u ölüb.
Həlak olanlar arasında uşaqların da olduğu bildirilir. Təxminən, 93 nəfər xilas olunub. İtkin düşmüş hesab edilənlər var. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır. Hadisə zamanı bərədə olan insanların dəqiq sayı və qəzanın başvermə səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB