Paytaxtda yol qəzasında sürücü və sərnişin dünyasını dəyişib

Paytaxtda yol qəzasında sürücü və sərnişin dünyasını dəyişib

Avqustun 26-sı saat 20:30 radələrində Bakı-Aeroport yolunda Bakı şəhər sakini Alik Orucov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Abşeron rayon sakini Samir Səmədovun yolun kənarında dayanmış "Tatra" markalı avtomobilini arxadan vurub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə, A.Orucov və sərnişini Tural Məmmədov ölmüş, digər sərnişini Məcnun Allahverdiyev isə 3 saylı xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə