Sabunçuda bir gündə iki nəfər öldü. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu rayonu ərazisində, Bakı şəhər sakini Emin Mustafayev \"Mercedes\" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı işıq dirəyinə vurub. Nəticədə E.Mustafayev hadisə yerində ölüb, xəsarət alan sərnişini Vüsalə Təhməzova isə xəstəxanaya yerləşdirilib.
Digər hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, qəsəbə sakini Sədulla Muqbilov \"Hyundai-Sonata\" markalı avtomaşını idarə edərkən 8 yaşlı Fateh Kərimovu vurub. Xəstəxanaya yerləşdirilən F.Kərimov orada ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB