Gəncə şəhərində yabanı halda bitən 3 tona yaxın çətənə kolu yandırılaraq məhv edilib. Şəhərin kənarında Comərdi Qəssab türbəsinin yaxınlığındakı sahədə aşkar edilən narkotik vasitə Gəncə şəhər Baş Polis İdarəsi və Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə əməkdaşları tərəfindən yandırılıb. Əməliyyat Daxili İşlər Nazirliyinin "Xaş Xaş 2011" tədbirlər planı çərçivəsində həyata keçirilib.
Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, cari ilin müvafiq dövrü ərzində yuxarıda adıçəkilən hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ümumilikdə təxminən 6 belə tədbir keçirilib və yabanı halda bitən 10 tona yaxın narkotik xassəli bitkilər məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB