Oğurluq maddəsilə axtarışda olan iki nəfər həbs olunub

Oğurluq maddəsilə axtarışda olan iki nəfər həbs olunub

Sabunçu Rayon Polis İdarəsini 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə axtarışda olan Asif Əsgərov avqustun 22-də tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, eyni maddə ilə axtarışda olan Rövzət Məmmədbəyli isə Xəzər Rayon Polis İdarəsini 2-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə