Bu gün səhər saatlarında Bakının Binəqədi rayonu ərazisində 145 saylı və 165 saylı marşrutun toqquşması nəticəsində yaralanan 10 nəfərin vəziyyəti orta ağırdır. Məlumatı SİA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suqra Bəşirova verdi: "Travmatologiya İnstitutunda yerləşdirilən 2 nəfər yaralıya ətraf sümüklərin sınığı diaqnozu qoyulub. Klinik Tibb Mərkəzdə olan 8 nəfər isə müştərək travmalar alıblar. Xəstələr həkim nəzarətindədirlər və vəziyyətləri orta ağır kimi qiymətləndirilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB