Paytaxtda üç bıçaqlanma hadisəsi baş verib

Paytaxtda üç bıçaqlanma hadisəsi baş verib

Avqustun 22-i saat 14:40 radələrində Hacıbababəyov küçəsində Tural Məmmədov mübahisə zəminində Ziya Abbasova qarın nahiyəsindən bıçaqla xəsarət yetirdiyinə görə Binəqədi Rayon Polis İdarəsini 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin gün saat 01 radələrində Bakıxanov qəsəbəsi Sülh küçəsində naməlum şəxs qəsəbə sakinləri Musa Qurbanov və Sahil Əliyevə qarın nahiyəsindən daxilə nüfuz etməyən bıçaq xəsarəti yetirib. Sabunçu Rayon Polis İdarəsini 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Tələt Ağayev avqustun 22-də yaxalanıb.

Avqustun 13-də isə saat 22:15 radələrində H.Əliyev prospektində naməlum şəxs mübahisə zəminində Bakı şəhər sakini Elnur Cəfərova bıçaqla xəsarət yetirib. Nizami Rayon Polis İdarəsini 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Dadaşov avqustun 22-də həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə