Şirvanda ötən gün saat 23:30 radələrində azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna hadisənin baş verməsi barədə məlumat verən Şirvan Polis şöbəsinin DYP bölməsinin inispektoru Murad Süleymanov bildirib ki, şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan "Mercedes" markalı 90 KV 388 dövlət nömrə nişanlı avtomaşın öz yolu ilə gedərkən qarşısındakı "VAZ 2107" markalı 90 LM 964 nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə "Mercedes"də olan azyaşlı uşaq xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı İstintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB