Mahaçqalada supermarket partladılıb

Mahaçqalada supermarket partladılıb
Dağıstanın Mahaçqala şəhərində partlayış törədilib. Partlayış gecə saatlarında supermarketlərin birində gerçəkləşdirilib. Rusiyanın Vesti.ru xəbər saytının verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 22.10-da baş verən hadisə nəticəsində üçü uşaq olmaqla, 16 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mahaçqala şəhər xəstəxanasına çatdırılıb. Lakin ilk partlayışdan yarım saat sonra ikinci partlayış da törədilib ki, bu da ətrafda yanğının əmələ gəlməsinə səbəb olub. Nəticədə bir neçə milis əməkdaşı da yanıq xəsarətləri alıb. Hadisə ilə bağlı RF CM-nin beş bəndi üzrə cinayət işi başladılıb. Hadisənin terror nəticəsi olduğu da istisna edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə