Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Əliyevin evindən 6 ədəd patronu ilə birlikdə "Makarov" tipli tapança və 3 ədəd giliz aşkar olunub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, məlum olub ki, o, avqustun 20-də həmin silahdan 3 dəfə atəş açaraq həyat yoldaşı Xalidə Əliyevanı öldürməyə cəhd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB