Moskvada həmyerlilərimizlə dağıstanlılar arasında dava düşüb, 1 nəfər ölüb

Moskvada həmyerlilərimizlə dağıstanlılar arasında dava düşüb, 1 nəfər ölüb

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan və Dağıstan vətəndaşları arasında kütləvi dava baş verib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Moskvanın Şərqində Xabarovskiy küçəsində başlayan insdent daha sonra Baykal küçəsində davam edib.

Nəticədə 3 nəfər bıçaq yarası alaraq xəstəxanya yerləşdirilib. Hüquq-mühafizə orqanlarından verilən son xəbərə görə, yaralılardan biri dünyasını dəyişib.

Artıq faktla bağlı cinayət işi açılıb. Cinayətkarın yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə