Leysan yağışlar Gürcüstanın Kaxeti bölgəsinə ciddi ziyan vurub

Leysan yağışlar Gürcüstanın Kaxeti bölgəsinə ciddi ziyan vurub

Avqustun 21-də yağan leysan yağışlar Gürcüstanın Kaxeti bölgəsinə ciddi ziyan vurub. SİA-nın məlumatına görə, əksər çaylarda suyun səviyyəsi qalxıb, bölgənin infrastrukturuna böyük zərər dəyib. Tbilisi-Qurcaani yolunda avtomobillərin hərəkəti bir neçə saat dayandırılıb. Elektrik enerjisi ilə təminatda da problemlər yaranıb. Sel bir körpünü uçurub, əkin sahələrini, yüzdən çox evin birinci mərtəbəsini basıb. Laqodexi rayonunda iki yaşayış korpusunda təhlükə yarandığından sakinlər köçürülüb. Rayonun soydaşlarımız yaşayan Qabal kəndinin bir hissəsini sel basıb. Bölgənin qubernatoru Georgi Qviniaşvili zərərin miqyasının böyük olduğunu, yağan yağışın bərpa işlərinə imkan vermədiyini deyib.

Sinoptiklər qeyri-sabit hava şəraitinin avqustun 29-dək davam edəcəyini proqnozlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə