Səhiyyə Nazirliyinin \"Tibbitexnika\" Birliyinin sabiq direktoru həbs edilib
Fövqəladə Hallar Nazirliyinin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılan araşdırmalarla saxta sənədlər hazırlayan qrup ifşa edilib. Baş prokurluqdan SİA-ya daxil olan məlumata görə, Nazirlər Kabinetinin 12 aprel 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Qaydalara müvafiq olaraq ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların layihələndirilməsi, hazırlanması, yerləşdirilməsi və inşası, həmin qurğular üçün radiasiya təhlükəsizliyi vasitələrinin layihələndirilməsi və hazırlanması işlərinin həyata keçirilməsinə görə lisenziyanın və \"Nüvə və radioloji\" xüsusi layihələrin hazırlanması və işlənməsinə icazə verilməsi Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aid edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, bu sahədə mövcud qanunvericiliyin tələblərinə zidd olaraq, Səhiyyə Nazirliyinin 15 fevral 2007-ci il tarixli əmri ilə ləğv edilmiş, müalicə profilaktika müəssisələrinin tibbi texnika və optika ilə təchiz etmək səlahiyyətlərinə malik olmuş \"Tibbitexnika\" İstehsalat Ticarət Birliyinin sabiq direktoru Qəniyev Əlikram Qaraş oğlu, özünü həmin birliyin vəzifəli şəxsi kimi təqdim edən Bakı şəhər sakini Babayev Əliabbas Hacıbəy oğlu ilə qabaqcadan əlbir olub qrup təşkil etməklə birliyin direktoru kimi əvvəlki vəzifə səlahiyyətlərini davam etdirərək \"Nüvə və Radioloji\" xüsusi layihələrin hazırlanması və həmin layihələrin işlənməsinə Nüvə və Radioloji Fəaliyyətin tənzimlənməsi üzrə Dövlət Agentliyinin adından \"Tibbitexnika\" İTB-nə icazə verilməsi barədə 5 may 2010-cu il tarixli saxta məktub hazırlayıb.
Bundan sonra, Dövlət Agentliyindən müvafiq lisenziya almaları məqsədi ilə Əlikram Qəniyev və Əliabbas Babayev onlara müraciət edib \"Estetik Medplaza\" klinikasına, \"Sağlam Ailə\", \"Şərq-Qərb təbabəti\", \"Nəbz\" və digər Tibb Mərkəzlərinə \"Tibbitexnika\" İTB-nin adından saxta aktlar tərtib edərək təqdim edib və beləliklə, vətəndaşların, qeyd edilən tibb müəssisələrinin, eləcə də Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İstintaqla həmçinin müəyyən edilib ki, Əlikram Qəniyev Əliabbas Babayevlə qabaqcadan əlbir olub qrup təşkil etməklə, özünü faktiki olaraq ləğv edilmiş \"Tibbitexnika\" İTB-nin direktoru kimi təqdim etməklə \"Nəbz\" Tibb Mərkəzinin vəzifəli şəxslərini aldadaraq saxta aktlarla gördükləri işi rəsmiləşdirmiş və qeyd edilən tibb mərkəzinin 700 manat pul vəsaitini ələ keçirməyə cəhd edib.
Törətdikləri cinayət əməllərinə görə Əlikram Qəniyev və Əliabbas Babayev Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilibr.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb
İqtisadiyyat 09:45Bakıda 20 yaşlı gənci bıçaqlayıblar
Hadisə 05:04Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



