Şirvanda “VAZ 2106” “Mercedes”i vurub - FOTO

Şirvanda “VAZ 2106” “Mercedes”i vurub - FOTO

Ötən gün Şirvanda saat 18:00 radələrində sürücünün xəsarət alması ilə nəticələnən daha bir avtoqəza baş verib. SİA-nın Aran bürosuna hadisə barədə məlumat verən Şirvan Polis Şöbəsinin DYP bölməsinin inspektoru Murad Süleymanov bildirib ki, şəhərin 1 May küçəsində yerləşən dairədən Sabirabad rayon Azada kənd sakini 1967-ci il təvəllüdlü Vəlişov Asim Pirverdi oğlu idarə etdiyi "VAZ 2106" markalı 10 MX 956 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qadağan olunmuş istiqamətə hərəkət edərkən öz yolunda olan Şirvan sakini Əhmədov Fəxrəddin Əhməd oğlunun idarə etdiyi "Mercedes Benz" markalı dövlət nömrə nişanlı 90 KB 950 olan avtomobili vurub. Hadisə zamanı "VAZ 2106"nın sürücüsü xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə