Gəncədə polis iki nəfəri güllələyib FOTO

Gəncədə polis iki nəfəri güllələyib FOTO

Hüquq mühafizə orqanı əməkdaşı şəhər sakinini güllələyib. Hadisə Gəncə şəhər Heydər Əliyev prospekti 83 saylı binanın qarşısında qeydə alınıb. Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Məmmədov Eldəniz İbrahim oğlu kiçik çavuş Ələsgərov Maarif Arif oğlu ilə birgə gecə saatlarında şəhər sakini Rövşən Cəmil oğlu ilə mübahisə edib. Nəticədə polis leytenantı üstündə gəzdirdiyi "Makarov" tipli xidməti tapançası ilə Rövşən Məmmədova atəş açaraq onu sol qol nahiyəsindən yaralayıb.

Adı çəkilən şəxsin qol nahiyəsini dəlib keçən güllə polis serjantının ayağına tuş gəlib. Gəncə şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, mübahisəyə səbəb Məmmədov Rövşən Cəmil oğlunun avtomobilindəki yüksək musiqi səsi olub.

Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına qaldırılıb. İlkin müdaxilədən sonra vətəndaş Məmmədov Rövşən Cəmil oğlu evə buraxılıb, digər yaralı polis çavuşu Ələsgərov Maarif Akif oğlu isə Bakı şəhərinə aparılıb. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2 maddəsi cinayət işi açılıb, araşdırma aparılır

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə