Neftçala sakini Kürdə boğulub. SİA-nın Aran bürosunun məlumatına görə 1988-ci il təvəllüdlü Neftçala rayonun Qaraqaşlı kənd sakini Göyçayev Rafiq Elşad oğlu 13 avqust tarixdə günorta 13:00 radələrində Salyan şəhərinə qohumları qonaq gilə gəlib. Günorta saatlarında Kür çayına balıq ovlamağa gedib. Hava isti olduğundan Kürdə çimməyə girən Rafiq Göyçayev az keçmədən suda boğulub.
FHN-nin Dövlət Sularında Xilas etmə xidmətinin əməkdaşları yerli sakinlərin köməkliyi ilə 5 saatlıq axtarışdan sonra meyid tapılıb. Məhkəmə Tibbi Ekspertizanın müayinəsindən sonra gəncin cənazəsi valideyinlərinə təhvil verilib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB