Gəncə polisi meşəlik ərazidə marixuana becərən şəxsi saxlayıb - FOTO
Gəncə şəhər Baş Polis İdarəsi Daxili İşlər Nazirliyi Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Bölməsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat keçirib. SİA-nın bölgə müxbiri xəbər verir ki, həyata keçirilən əməliyyat çərçivəsində təxminən 10 kq-a yaxın narkotik vasitə olan marixuana aşkar edilib. Hüquq mühafizə orqanı əməkdaşları 1984-cü il təvəllüdlü Cəfərov Ziya Xəqani oğlundan şübhələnərək Gəncə şəhərində onu saxlayıb. Saxlanılan şəxsin çantasına baxış zaman oradan 2. 750 kq-a yaxın marixuana aşkar edilib.
Dindirilmə zamanı məlum olub ki, Ziya Cəfərov narkotik vasitəni Şəmkir çayı ərazisindən keçən meşəlik bir ərazidə xüsusi rejimdə becərib və orada daha 8 kq narkotik vasitə var. Məqsəd isə narkotik vasitəni
satmaq və pul qazanmaq olub. Adıçəkilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB