Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində güclü yanğın olub. SİA-nın RiaNovostiyə istinadən verdiyi xəbərə görə, hadisə ət kombinatının ərazisində yerləşən kombinata məxsus olmayan anbarda baş verib.
Alov 2 min kv.m sahəni əhatə edib. Yanğın yerinə dərhal 24 yanğınsöndürən dəstə və 4 vertolyot cəlb olunub. Yanğınsöndürənlər 4 saat ərzində alovu dəf etməyə müvəffəq olub. Xəsarət alan olmayıb. İlkin ehtimala görə, yanğına binanın dam örtüyünün təmiri zamanı aparılan qaynaq işləri səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB