Bu gün səhər İranın Xuzistan əyalətinin Şuş Danyal şəhəri yaxınlığında İranın Cənub Regionu üzrə Milli Neft Şirkətinə məxsus boru kəmərində güclü yanğın baş verib. SİA-nın MEHR-ə istinadən verdiyi xəbərə görə, yanğın baş verən kəmər Lorestan əyalətində yerləşən Qələnar neft yatağından hasil olunan nefti Əhvaz şəhərinə, \"Karun\" şirkətinin emal zavoduna nəql edir.
Yanğını söndürmək məqsədilə Böhran Komitəsi yaradılıb. Hadisə yerində yanğın söndürənlər və əməliyyat qurupları alovu söndürməyə çalışır. İlkin məlumata görə, hadisə zamanı ölən və yaralananlar olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB