İraqda növbəti partlayış: 7 ölü

İraqda növbəti partlayış: 7 ölü

İraqın Ramadi şəhərinin mərkəzində, polis məntəqəsinin yaxınlığında partlayış baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 7 nəfər həlak olub, 10 nəfər xəsarət alıb.

Hadisəni 2003-cü ildən ABŞ hərbiçilərinə müqavimət göstərən sünni müsəlmanların əsas qüvvələrinin törətməsi ehtimal olunur.

Qeyd edək ki, Ramadi şəhəri paytaxt Bağdaddan 100 kilometr qərbdə yerləşir və Anbar vilayətinin inzibati mərkəzidir.

Bütün xəbərlər Facebook səhifəmizdə