Sürücünü qarət edib, avtomobilini qaçıran şəxs saxlanılıb

Sürücünü qarət edib, avtomobilini qaçıran şəxs saxlanılıb

Avqustun 2-si saat 01 radələrində Biləcəri qəsəbə sakini Cavid Məmmədov həmin qəsəbədə Sumqayıt şəhər sakini Uğur Kərimova məxsus "VAZ-2107" markalı avtomobilə sərnişin qismində əyləşib, Xırdalan dairəsində onu yumruqla vuraraq 250 manatını və avtomobilini əlindən alaraq qaçırıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsnin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Binəqədi şosesində saz vəziyyətdə aşkar edilmiş, C.Məmmədov isə şübhəli şəxs qismində saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə