Partlayış nəticəsində yaralanan cərrahiyyə şöbəsinə yerləşdirilib

Partlayış nəticəsində yaralanan cərrahiyyə şöbəsinə yerləşdirilib
Nərimanov rayon Ağa Nemətulla küçəsində "Mona Liza" şadlıq sarayının yaxınlığındakı kolbasa sexində baş verən güclü partlayış nəticəsində 3 nəfər ölüb 1 nəfər ağır yaralanıb. Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suqra Bəşirovanın SİA-ya verdiyi məlumata görə, partlayış vaxtı sexdə dörd nəfər olub. Onlardan 3 dünyasını dəyişib, bir nəfər isə kəllə-beyin travması ilə 1 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstə kəllə beyin travması qeydə alınıb".

S. Bəşirova bildirdi ki, hazırda təcili tibbi yardım stansiyasının baş həkimi və işci heyəti hadisə yerindədir: "Hadisənin təsirindən 2 nəfər nevroz alıb. Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir".

Hadisənin səbəbləri barədə hələlik məlumat yoxdur.


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB