Daha 3 türk hərbiçisi şəhid olub

Daha 3 türk hərbiçisi şəhid olub

PKK terrorçuları növbəti dəfə Türkiyə ordusunun hərbiçilərinə hücum edib. SİA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin Van-Başkale magistral yolunda baş verib. Belə ki, yol təhlükəsizliyini təmin edən və içərisində hərbiçilər olan zirehli hərbi maşına terrorçular tərəfindən əl qumbarası atılıb. Nəticədə 3 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.

Hadisədən sonra bölgədə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb

Bütün xəbərlər Facebook səhifəmizdə