Dünən gecə yarısı 01:20 radələrində Şirvan şəhərində dəhşətli nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna şahidlərin, eləcə də DYP-nin inispektoru Sadiq Orucovun verdiyi məlumata görə, Heydər Əliyev prospektində Bakı sakini 1980-ci il təvəllüdlü Adıgözəlov Emin Adıgözəl oğlu idarə etdiyi "KİA" markalı 90LC 619 nömrəli avtomaşınla yüksək sürətlə Hacıqabul istiqamətinə hərəkət edən zaman Şirvan sakini 1992-ci il təvəllüdlü Abdullayev Cavanşir Sabir oğlunu vuraraq 5-6 metr yüksəkliyə qaldıraraq kənara, yolun sol tərəfinə atıb.
Şadlıq saraylarının birində işləyən 19 yaşlı gənc işdən çıxıb evə gedərkən bədbəxt hadisə ilə üzləşib və Şirvan xəstəxanasına qapalı kəllə beyin travması ilə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin durumu ağır olaraq qalıb. Beyinin funksiyasi fəaliyyətini tam dayandırıb. Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB