Azərbaycanın Xaçmaz rayonunda qətl törədilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 29-da saat 02:00 radələrində Bakı şəhər sakini, 1992-ci ildə anadan olmuş Camallı Saqi Səxavət oğlu Xaçmaz rayonunun Nabran kəndində yerləşən \"Lotos\" istirahət mərkəzinin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1991-ci ildə anadan olmuş Xaçmaz rayonunun Nabran kənd sakini İlyasbekov Faiq Abrik oğluna bıçaqla xəsarət yetirib, nəticədə sonuncu aldığı xəsarətdən Xudat rayon xəstəxanasında ölüb.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Saqi Camallı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB