Soyğunçuluq edən keçmiş məhkumlar həbs olunub

Soyğunçuluq edən keçmiş məhkumlar həbs olunub

İyunun 25-də Bakı – Sumqayıt yolunun 15-ci km-də yerləşən kafenin qarşısında Rafiq Cəfərov vurularaq 30 manat pulu və mobil telefonu əlindən alınıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hadisəni törədənlər əvvəllər məhkum olunmuş, Abşeron rayon sakini Faiq Həmidov və Şəki şəhər sakini Adil Əhmədov iyulun 28-də Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə