Bu dəfə canavarların hücumuna Lənkəran rayonunun yaşayış məntəqələrindən biri tuş gəlib. Rayon sakinlərindən birinin fermasına hücum edən vəhşi heyvanlar 28-ə yaxın qoyunu yaralayıb. Mal-qara rayonun baytar mütəxəssisləri tərəfindən vaksinasiya olunub. Təsərrüfata ciddi zərər dəyib.
Bu nə ilk nə də son hadisədir. Son bir neçə ildə ölkə ərazisində vəhşi heyvanların artması nəticəsində kəndlərə, mal-qaraya, hətta insanlara hücum halları intensivləşib.
Ancaq Azərbaycan 1999-cu ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulduğu üçün ölkə ərazisində vəhşi heyvanların ovlanması qadağandır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti Hikmət Əlizadənin SİA-ya verdiyi məlumata görə, vəhşi heyvanların mal-qaraya, insanlara hücumu ilə bağlı bölgələrdən çoxsaylı müraciətlər daxil olur: \"Əhali arasında xof yaşanır. Ölkəmizin qoşulduğu konvensiyanın şərtlərinə görə, vəhşi heyvanları vurmaq yasaqdır. Ancaq insanları vəhşi heyvanların hücumundan qorumaq məqsədilə nazirliklə konvensiyanın katibliyi arasında zərurət yaranarsa heyvanların ovlanması ilə bağlı razılıq əldə edilib. Əgər heyvanlar kəndlərin ərazisinə hücum edərsə, insanlar üçün təhlükə yaradırsa, həmçinin quduzlaşarsa, o halda onların ovlanmasına icazə verilir. Vəhşi heyvanlar çox olan ərazilərdə tədbirlər görülüb. Əhali tərəfindən müraciət daxil olan kimi də təcili tədbirlər həyata keçirilir".
H.Əlizadə bu cür problemlərlə üzləşən sakinlərin nəzərinə çatdırdı ki, onlar rayon ekologiya şöbələrinə və nazirlikdə fəaliyyət göstərən 438 -14-35 və 539 -18-63 qaynar xətt nömrələrinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB