Mal-qara oğurluğu ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

Mal-qara oğurluğu ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb

İyulun 25-i saat 17 radələrində, Ələt qəsəbəsində yerləşən otlaq sahəsindən qəsəbə sakinləri Vidadi Hüseynova məxsus 2 baş, Eynulla Ağayevə məxsus 3 baş və Babasoltan Orucova məxsus 1 baş iribuynuzlu heyvan oğurlayanlar, əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini Bəxtiyar Ələsgərov və Sahil qəsəbə sakini Arzu Xankişiyev iyulun 26-da Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, onlar iyulun 25-də Ələt qəsəbə sakinləri Mətləb Bağıyevə məxsus 1 baş, Hacıəli Gözəlova məxsus 1 baş, Məmməd Qurbanova məxsus 3 baş, Çingiz Qurbanova məxsus 1 baş və Hüseyn Məlikova məxsus 2 baş iribuynuzlu heyvan oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə