İyulun 21-də Nasosnu küçəsində yaşayan Sevda Cəbrayılovanın evindən qızıl-zinət əşyaları oğurlamış Cöyçay rayon sakini Mirsoğlu Əliyev iyulun 25-də Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iyulun 2-dən 4-dək olan müddətdə isə, Məhsəti küçəsində yaşayan Sadiq Məlikovun mənzilindən pəncərədən keçmə yolu ilə 2000 manat dəyərində qızıl-zinət əşyaları və ov tüfəngi oğurlanıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində mənzildən oğurluq etmiş Bakı şəhər sakinləri Təbriz Abdullayev və Tamerlan Məmmədov iyulun 25-də Xətai Rayon Polis İdarəsinin CAŞ və 34-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB